Mandzukiç, Xedira, Dibala...

Mandzukiç, Xedira, Dibala...
DÜNYA FUTBOLU 20 Aprel 2019 / 13:10 3835
-  A +

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın zədəli futbolçuları haqda danışıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, o, Sami Xedira və Mattia Perinin 3 ay meydana çıxa bilməyəcəyini, Mario Mandzukiçin isə mövsümün sonunda sıraya dönəcəyini bildirib.

Alleqri Paulo Dibalanın 20, Duqlas Kosta və Martin Kaseresin isə hələ 10 gün istirahət etməli olduğunu deyib.

Qeyd edək ki, bu gün A Seriyasında “Fiorentina” ilə qarşılaşacaq “Yuventus” məğlub olmasa, ardıcıl 8-ci dəfə çempion olacaq.

Son xəbərlər