“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün komandanız məğlub oldu. Bir xal qazanacağınıza inamınız var idi?
- Bunu sürpriz saymaq olmaz. İkinci hissədə komanda sıfır səviyyəsində nəticə göstərdi. Birinci hissədə elə də pis oynamadıq. Nə isə gözləmək olardı. İkinci hissədə isə komanda tam dayandı. Bununla da bağlı danışacağıq. Həm də “Qarabağ”ın səviyyəsi öz sözünü dedi.
- Çıxış yolunu nədə görürsünüz? Nəyə görə “Keşlə” hazırkı durumdadır? Komandada legionerlərin də sayı kifayət qədərdir...
- Biz özümüz də çalışırıq. Futbolçuların heç bir problemi yoxdur. Nə maaş, nə də baza ilə bağlı. Elə bir tutarlı səbəb yoxdur ki, çatışmazlıq olduğunu deyim. Bu, qara zolaqdır. Futbolçularla görüşürük, söhbət edirik.
- Bəs, futbolçular bu uğursuzluğun səbəbini nədə görür? Sizinlə söhbətdə buna cavab verə bilirlər?
- Xeyr. Dəyişikliyin olacağını deyirlər. Birinci hissədə yaxşı oynayırlar, amma ikinci hissədə alınmır. Nə mən, nə də baş məşqçi bunun sirrini tapa bilir.
- Bəlkə, arxayındırlar ki, komanda Premyer Liqada qalacaq, diviziona düşməyəcək?
- Elə bir arxayınlıq yoxdur.
- Sona 3 tur qalıb. Nəyə ümid edirsiniz?
- Bu futboldur. Son pillədəyik. Təbii ki, maksimum xal qazanmaq lazımdır. Bu oyunun araşdırması da olacaq, görüşəcəyik. Mən özüm də komandadan kənarda qalmıram. Demək olar ki, məşqlərdə də hər gün iştirak edirəm. Özləri də bilirlər ki, turnir cədvəlində sonuncuyuq. Bu, kuluba yaraşmayan bir yerdir. Təbii ki, istəməzdik belə olsun. Var gücümüzü qoyub komandanı böhrandan çıxarmalıyıq.
- Ümidiniz var ki, MOİK-in Premyer Liqaya qalxması ilə komanda sayı 10-a kimi artırılacaq, yoxsa diviziona düşəcəyinizi düşünürsünüz?
- Hazırda bu barədə düşünmürəm. Ötən il Azərbaycan kubokunu əldə edən komandanın bu vəziyyətdə olması böhrandır. Yenə də futbolçularımızda istək var, çalışırlar. Müəyyən oyunlarda bəxtimiz də gətirmir. Hansı ki, 100 faizlik imkanlardan istifadə edə bilmirik. Hazırda fikrimiz son 3 oyunda maksimum xal əldə edib son pilləni tərk etməkdir.
- Bəs, komanda sonuncu pilləni tərk etməsə, necə olacaq? Hnsı dəyişikliklər gözlənilir?
- Bilirsiniz, mən əvvəldən proqnoz vermirəm. Təbii ki, çempionatdan sonra müəyyən qərarlar qəbul olunacaq. Dəyişikliklərin olması istisna deyil. Məşqçilərlə də söhbətimiz olacaq. Lakin hələlik fikrimiz sonuncu pillədən qurtulmaqdır.
- Futzalda rəhbərlik etdiyini komandalar daim nəticə verib. "Keşlə"dəki vəziyyət sizi böyük futboldan iyrəndirmir?
- Xeyr. Təbii ki, mənə ağır gəlir. Bilirsiniz ki, mən 10 ildən artıqdır futzaldayam. 2008-2009-cu illərdən bəri futbol ictimaiyyəti də öyrəşib ki, həm “Araz”, həm də milli komanda nəticə versin. Futboldur, burada qələbə də olur, məğlubiyyət də. Lakin biri var oynayıb məğlub olasan, biri də var, mübarizəsiz. Mən paltardəyişmə otağında da futbolçulara bu sözü dedim. Təbii ki, rəqib “Qarabağ” idi. Bu komandanın səviyyəsi bizdən artıqdır, çempionluğa oynayırlar. Məğlub olmaq olar, amma mən ikinci hissədə futbolçularımızda əzmkarlıq, istək görmədim. Bu, mənə uduzmaqdan daha çox təsir etdi.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar
Türkiyənin İspaniya ilə heç-heçəsi - Video
Kriştiano Ronaldo Ağ Evdə ziyafətdə - Şəkillər
Şahruddindən tənqidlərə - Cavab
DÇ-2026-nın 39 iştirakçısı məlumdur
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir