Daliç Xorvatiya millisindən ayrılır? - 30 milyonluq təklif

Daliç Xorvatiya millisindən ayrılır? -<b style="color:red"> 30 milyonluq təklif</b>
DÜNYA FUTBOLU 19 Mart 2019 / 14:49 3702
-  A +

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç komandadan ayrıla bilər.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, 52 yaşlı mütəxəssis Çindən sərfəli təklif alıb. Sözügedən ölkənin "Dalyan İfan" klubu məşqçiyə 3 illik müqavilə və ümumilikdə 30 milyon avro (hər il üçün 10 milyon) məvacib təklif edib. Daliç əvvəlki açıqlamalarında Xorvatiya millisində qalmaq istədiyini bildirsə də, onun Çindən gələn fantastik təklifə "hə" deyə biləcəyi də istisna olunmur.

Qeyd edək ki, Xorvatiya AÇ-2020-nin seçmə mərhələsində 21-də evdə Azərbaycan, 3 gün sonra isə səfərdə Macarıstan millisi ilə qarşılaşacaq.
 

Daha çox


Son xəbərlər