Şeydayevin komandasından böyükhesablı qələbə

Şeydayevin komandasından böyükhesablı qələbə
XƏBƏR 24 Fevral 2019 / 15:45 2865
-  A +

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Krılya Sovetov” klubu bu gün Türkiyə toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Qol.az xəbər verir ki,  Qazaxıstanın “Şaxtyor” (Karaqanda) komandası ilə qarşılaşan Samara təmsilçisi 3:0 hesablı qələbə qazanıb. Şeydayev bu görüşün iştirakçısı olmayıb.

Qeyd edək ki,  “Krılya Sovetov” bu gün axşam saatlarında Qazaxıstanın digər klubu “Astana” ilə də üz-üzə gələcək.

Son xəbərlər