"Barselona" Valverde ilə müqaviləni uzatdı

"Barselona" Valverde ilə müqaviləni uzatdı
DÜNYA FUTBOLU 15 Fevral 2019 / 12:14 1717
-  A +

"Barselona" baş məşqçisi Ernesto Valverde ilə müqavilənin müddətini uzadıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yeni sözləşməyə əsasən ispaniyalı mütəxəssis 2020-ci ilin yayına qədər komandanın sükanı arxasında olacaq. Bu müddət başa çatdıqdan sonra anlaşmanın müddəti daha bir il artırıla bilər.

Qeyd edək ki, 2017-ci ilin yayında “Barselona”ya baş məşqçi təyin edilən Valverde ilə 2 illik müqavilə imzalanmışdı.

Son xəbərlər