Ramil Şeydayev üçün 45 dəqiqə

Ramil Şeydayev üçün 45 dəqiqə
XƏBƏR 27 Yanvar 2019 / 09:50 2246
-  A +

Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan "Krılya Sovetov" növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi Samara təmsilçisi Latviya "Riqa"sı ilə qarşılaşıb. Görüş rusların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın hücumçusu oyuna start heyətdə başlayıb və fasilədə əvəzlənib.

Qeyd edək ki, "Krılya Sovetov" daha əvvəl Şeydayevin sabiq klubu "Jilina" ilə qarşılaşıb və onlara da minimal hesabla qalib gəlib.

Son xəbərlər