"Mançester"in qələbə seriyasının səbəbkarı bilindi - Fergüsson

"Mançester"in qələbə seriyasının səbəbkarı bilindi - Fergüsson
DÜNYA FUTBOLU 14 Yanvar 2019 / 18:32 7181
-  A +

"Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Fergüsson komandanın hazırlığında  bilavasitə iştirak edir.

Qol.az-ın Britaniya mətbuatına  istindən yaydığı xəbərə  görə, o, klubun hazırkı baş məşqçisi Ule Qunner Sulşerə oyunlar üçün  komandanın heyətini müəyyənləşdirməyə kömək edir.

Bundan əvvəl 77 yaşlı mütəxəssisin İngiltərə təmsilçisində məşqçi- məsləhətçi olacağı iddia olunmuşdu. Amma çoxları bunun formal xarakter daşıyacağını hesab edirdi.

Qeyd edək ki, Fergüsson 1986-2013-cü illərdə "MY"nı çalışdırıb.

Xatırladaq ki, Sulşer Joze Mourinyonun istefasından sonra dekabrda klubun baş məşqçisi təyin olunub. O, bu komandada ardıcıl 6 oyunda qalib gəlib.


Son xəbərlər