FİFA-dan Superliqa klubuna transfer qadağası

FİFA-dan Superliqa klubuna transfer qadağası
XƏBƏR 15 Noyabr 2018 / 18:30 3120
-  A +

FİFA Türkiyənin “Kayserispor” klubuna transfer qadağası qoyub.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, buna Superliqa təmsilçisinin hollandiyalı yarımmüdafiəçi Adnan Tiqhadouiniyə olan borcunu ödəməməsi səbəb olub. Klubdan 150 min avro alacağı olan Əlcəzair əsilli futbolçu FİFA-ya müraciət edib. Məsələni araşdıran ali futbol qurumu Kayseri təmsilçisini cəzalandırıb. Türkiyə klubu qış transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək.

Qeyd edək ki, A. Tiqhadouini “Kayserispor”a 2015-ci ilin yanvarında İspaniyanın “Malaqa” klubundan transfer olunmuşdu.

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi