Hiddink azərbaycanlı futbolçunu fərqləndirdi

Hiddink azərbaycanlı futbolçunu fərqləndirdi
XƏBƏR 1 İyun 2010 / 14:01 2252
-  A +

Məlum olduğu kimi, Avropa çempionatının seçmə qrupunda eyni qrupda yer aldığımız Türkiyə millisi ABŞ-da bir həftəlik təlim-məşq toplanışında oldu. Qol.Az-ın məlumatına görə, məşq prosesində ilk dəfə olaraq komandasının başında olan holandiyalı Quus Hiddink oyunçularının bəzilərinin tənbəl olduğunu bildirib. O, Türkiyənin dünya çempionatına qatıla bilməməsini də məhz bu amillə bağlayıb: «Türkiyənin dünya çempionatına hansı səbəbə görə qatıla bilməməsini anladım. Komandada tənbəl oyunçular var. Amma mənim komandamda tənbəl oyunçulara yer yoxdur. Qələbə qazanmaq üçün çox çalışmaq və sona qədər mübarizə aparmaq lazımdır. Kim sona qədər mübarizə aparacaqsa və çox çalışacaqsa o də millidə oynayacaq. Amerikada məşq zamanı diqqətimi daha çox öz mübarizliyi ilə «Qalatasaray»ın oyunçuları Sərvət Çətin və Səbri Sarıoğlu çəkdi».
Qeyd edək ki, əslən azərbaycanlı olan Sərvət Çətin son zamanlar «Cim bom»da  əsas heyətə düşə bilmir və bu üzdən iş yerini dəyişmək istəyir.

Daha çox


Son xəbərlər