Millimizi 4 cavabsız qolla yenən komanda qitə çempionu oldu

XƏBƏR 31 May 2010 / 13:45 1767
-  A +

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatı başa çatıb. Qol.Az-ın məlumatına görə, Lixtenşteyndə keçirilən 27-ci qitə çempionatının qalibi İngiltərə olub. Finalda İspaniya ilə qarşılaşan ingilislər meydandan 2:1 hesablı qələbə ilə ayrılıblar. Hesabı 22-ci dəqiqədə ispanlar açıb. Rəqib qapısına "Barselona"nın yetirməsi olan yarımmüdafiəçi Cerard Deulofeu yol tapıb. İngilislər buna 30-cu dəqiqədə "Liverpul"lu Andre Visdomun qolu ilə cavab verib. Avropa çempionatının taleyini həll edən qola isə 46-cı dəqiqədə "İpsviç"in forvardı Konnor Vikhem imza atıb.
Qeyd edək ki, İngiltərə millisi Avropa çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda yer almışdı. "Bakı"da keçirilən seçmə mərhələ oyunlarında britaniyalılar yığmamızı 4:0 hesabı ilə məğlub etmişdi.

Daha çox


Son xəbərlər