"Qarabağ"ın rəqibindən ilk məğlubiyyət

"Qarabağ"ın rəqibindən ilk məğlubiyyət
GÜNDƏM 25 Sentyabr 2018 / 11:15 3502
-  A +

Portuqaliya Premyer Liqasında 5-ci turun oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Sportinq” səfərdə “Braqa” ilə qarşılaşıb və  0:1 hesabı ilə uduzub. Bu, "Sportinq"in yeni mövsümdə ilk məğlubiyyətidir.

Hazırda 10 xalla 5-ci pillədə qərarlaşan Lissabon təmsilçisi lider "Benfika"dan 3 xal geri qalır.

Qeyd edək ki, Avropa Liqasında "Sportinq"ə ilk oyunda 0:2 hesabı ilə uduzan "Qarabağ" rəqibini noyabrın 29-da Bakıda qəbul edəcək.

Daha çox


Son xəbərlər