"Real"a keçməkdən imtina etdi

"Real"a keçməkdən imtina etdi
XƏBƏR 1 Sentyabr 2018 / 15:30 5810
-  A +

“Real” “Atletiko”nun müdafiəçisi Lukas Ernandesi transfer etmək istəyib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı futbolçu “kral klubu”nun onunla ciddi şəkildə maraqlanmasına baxmayaraq, hazırkı komandasında qalmağa qərar verib. İddiaya görə, “Real” 22 yaşlı oyunçu üçün 80 milyon avro ödəməyə hazır imiş. Ancaq Fransa millisinin üzvü Madridin digər təmsilçisinə keçməkdən imtina edib.

Qeyd edək ki, Lukasdan fərqli olaraq, kiçik qardaşı Teo Ernandes ötən mövsüm “Atletiko”nu “Real”a dəyişib.

Daha çox


Son xəbərlər
22.09.24  13:17

73 il sonra...