Azərbaycanlı futbolçu Rusiya klubundan ayrıldı

Azərbaycanlı futbolçu Rusiya klubundan ayrıldı
XƏBƏR 29 Avqust 2018 / 16:24 5630
-  A +

Rusiyanın "Krılya Sovetov" klubu futbolçusu Azər Əliyevlə yolları ayırıb.

Qol.az-ın Premyer Liqa təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan əsilli yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Əliyev ötən mövsüm "Yenisey"dən Samara klubuna keçmişdi. O, “Krılya Sovetov”da 40 oyuna 5 qol vurub.

Qeyd edək ki, Azər Əliyev AFFA-nın milliləşdirmək istədiyi futbolçulardan biridir.

Xatırladaq ki, millimizin üzvü Ramil Şeydayev də “Krılya Sovetov”da çıxış edir.

Son xəbərlər