“Bakı”nın qapıçısı baş məşqçi təyin edildi

“Bakı”nın qapıçısı baş məşqçi təyin edildi
XƏBƏR 29 Avqust 2018 / 15:27 5147
-  A +

Fəaliyyətini dayandırmış “Bakı” klubunun sabiq qapıçısı Xalidu Sissoko məşqçi fəaliyyətinə başlayıb.

Qol.az-ın xəbərinə görə, seneqallı veteran qolkiper ölkəsində yüksək liqada çıxış edən NGB klubuna baş məşqçi təyin edilib.

Qeyd edək ki, 40 yaşlı Sissoko 2004-2012-ci illərdə “Bakıda çıxış edib. O, paytaxt klubunun heyətində 2 dəfə ölkə çempionu, 3 dəfə isə kubokun qalibi olub.

Son xəbərlər