Messi kapitan oldu

Messi kapitan oldu
XƏBƏR 10 Avqust 2018 / 16:46 4685
-  A +

"Barselona"nın yeni kapitanı müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Andres İnyestanın komandadan gedişindən sonra kapitanlıq sarğısı Lionel Messiyə verilib. Argentina millisinin də kapitanı olan 31 yaşlı hücumçu bunadək Kataloniya klubunda vitse-kapitan idi.

Hazırda isə vitse-kapitanlar Serxio Butskes, Jerar Pike və Serxi Robertodur.

Qeyd edək ki, 16 yaşında "Barselona"ya cəlb edilən Messi 2005-ci ildən əsas komandada çıxış edir.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı