Fernando Yerro millidən ayrıldı

Fernando Yerro millidən ayrıldı
DÜNYA FUTBOLU 8 İyul 2018 / 14:59 3706
-  A +

İspaniya Futbol Federasiyası (İFF) millinin idman direktoru Fernando Yerro ilə yolları ayırıb.

Qol.az-ın xəbərinə görə, bu haqda İFF-nin saytı məlumat yayıb.

Yerro DÇ-2018 zamanı millinin baş məşqçisi vəzifəsini icra edib. Onun rəhbərliyi altında milli 1/8 finala vəsiqə qazansa da, bu mərhələdə penaltilər seriyasında Rusiyaya uduzaraq mübarizəni erkən dayandırıb.

Məlumatda deyilir ki, DÇ-2018-dən sonra Yerro idman direktoru vəzifəsinə qayıtmaqdan imtina edib. Bu səbəbdən onunla müqavilə ləğv olunub.

Qeyd edək ki, Fernando Yerro bu vəzifəni 2017-ci ilin noyabrından icra edirdi. Xulen Lopateqi millidən getdikdən sonra o, DÇ-2018-də baş məşqçinin səlahiyyətlərini icra edirdi.


Son xəbərlər