İranlı azarkeşlər Ronaldonu yatmağa qoymadı - Video

İranlı azarkeşlər Ronaldonu yatmağa qoymadı -  Video
DÇ-2018 25 İyun 2018 / 11:24 6145
-  A +

Bu gün dünya çempionatının 3-cü turunda Portuqaliya ilə vacib oyuna çıxacaq İran millisinin azarkeşləri rəqib komandaya bir gün əvvəldən təsir göstərməyə başlayıb.

Qol.az-ın xəbərinə görə, fanatlar portuqaliyalı futbolçularının Saranskda məskunlaşdığı otelin qarşısında toplaşaraq səs-küy salaraq oyunçuların yatmasına mane olublar.

Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo pəncərədən əl işarəsilə iranlı azarkeşlərə yatmaq istədiyini bildirərək onlardan sakit olmağı xahiş edib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşdə İran Portuqaliyaya qalib gəlsə, pley-offa yüksələcək. Portuqaliyaya isə 1/8 finala çıxmaq üçün heç-heçə də sərf edir.



Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi