Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in İsveçlə matçını (2:1) Amerikanın triller filmlərinə bənzədib.
Qol.az-ın xəbərinə görə, oyundan sonra keçirilən mətbuat konfransında o bildirib ki, bu matçda xeyli emosiya olub:
“Həqiqətən də sanki Amerikanın triller filmlərini izlədik. Son 10 dəqiqədə bütün komanda olaraq risk etdik. Müdafiəçini çıxarıb yerinə hücumçu daxil etdik. Bizim əla şanslarımız oldu. Brandtın zərbəsi dirəyə dəydi, Qomesin baş zərbəsi... Son dəqiqələr çox dramatik keçdi. Amma futbolda belə şeylər olur. Başqa turnirlərdə də bu cür oyunlarla rastlaşmışam. Pley-offda da belə görüşlər izləyə bilərik. Azarkeşlər üçün bu, futbolun bir gözəlliyidir”.
“İkinci hissədə sonra komandanızın oyunu tamamilə dəyişdi. Siz fasilədə futbolçularınıza nə dediniz” sualına Löv belə cavab verib:
“Dedim ki, hirslənməyin, panikaya düşməyin, artıq hərəkətlər etməyin, hava ilə uzun ötürmələr verməyin, yerlə qısa ötürmələrlə oynayın. Bizim 45 dəqiqə vaxtımız və şansımız vardı və bundan da istifadə edə bildik”.
Xatırladaq ki, Almaniya gərgin keçən oyunda 2:1 hesabı ilə qalib gəlib. Onlar qələbə qolunu 90+5-ci dəqiqədə vurub.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!