Salah Uruqvayla oyuna hazırdır – baş məşqçi açıqladı

Salah Uruqvayla oyuna hazırdır –<b style="color:red"> baş məşqçi açıqladı</b>
DÇ-2018 14 İyun 2018 / 16:53 2187
-  A +

“Liverpul”un hücumçusu Məhəmməd Salah Misir millisinin DÇ-2018-in ilk oyununda Uruqvayla keçirəcəyi görüşdə meydana çıxa biləcək.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, bu barədə yığmanın baş məşqçisi Ektor Kuper məlumat verib. Oyun öncəsi mətbuat konfransında ulduz futbolçunun durumu ilə bağlı da danışan mütəxəssis onun ilk oyuna 100 faiz hazır olduğunu bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının finalında “Real”la matçda çiynindən zədələnən Salah dünən komanda ilə məşqlərə başlayıb. A qrupunda yer alan Misir və Uruqvay millilərinin görüşü sabah keçiriləcək.
 

Daha çox


Son xəbərlər
12.11.18  16:55

"Real"da ciddi itkilər