"Real"a iki qolu hədiyyə etdik" - Haynkes

"Real"a iki qolu hədiyyə etdik" - Haynkes
GÜNDƏM 26 Aprel 2018 / 11:29 4452
-  A +

"Onlara iki qolu hədiyyə etdik. Bizim isə önəmli qol epizodlarımız oldu, ancaq bundan istifadə edə bilmədik. Şanslı deyildik. Robben və Boatenqin zədələnməsi çox pis oldu. Yenə də ümidimiz itirmirik, çünki hələ qarşıda 90 dəqiqə var".

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Bavariya"nın baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasının yarımfinalında "Real"a 1:2 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

O, məğlub olmağa layiq olmadıqlarını bildirib: "Cavab görüşündə əlimizdən gələn hər şeyi edəcəyik. "Bu görüşdə gördük ki, Real" müdafiə xəttində probləmlər var. İkinci matçda bundan istifadə edə bilərik. Finala yüksələcəyimizə inanırıq".

Daha çox


Son xəbərlər