Peşəkar Futbol Liqası Topaz Premyer Liqanın 24-cü turu çərçivəsində aprelin 22-i keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçının canlı yayımlanmamasının səbəbini açıqlayıb.
Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-a açıqlamasında məsələnin təqvim dəyişikliyi ilə bağlı olduğunu bildirib:
“Bu, nə “CBC Sport”, nə də PFL-dən asılı olan problemdir. Əslində oyun sabah keçirilsəydi, canlı yayımlanacaqdı. Ancaq həm “Sumqayıt”, həm də “Qarabağ” öz aralarında razılığa gələrək, rəsmi şəkildə bizə müraciət ediblər ki, matçın vaxtı dəyişdirilsin. Əsas səbəb də məhz bu dəyişikliklə bağlıdır. Təqvim əvvəlcədən hazırlanır və hansı oyunların canlı yayımlanıb-yayımlanmayacağı təsdiqlənir. Sabah keçiriləcək “Neftçi” – “Qəbələ” matçı da kifayət qədər gərgin və maraqlı olacaq. Bilirsiniz ki, “Neftçi” kubokda mübarizəni dayandırdığı üçün avrokuboklardan kənarda qalmaq təhlükəsi ilə üz-üzədir. Yəni, sabah əsl ölüm-dirim oyunu olacaq. Biz onlara deyə bilmərik ki, sizin oyununuzu yayımlamırıq, “Sumqayıt” – “Qarabağ” oyununun vaxtı dəyişilib, onu verəcəyik. Heç kimin haqqına girə bilmərik”.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” oyunu aprelin 22-i saat 19:00-da başlayacaq. Ağdam klubu rəqibini məğlub edəcəyi təqdirdə, digər görüşlərin nəticəsindən asılı olmayaraq, çempionluğunu rəsmiləşdirəcək. “CBC Sport” isə aprelin 22-i eyni saatda start götürəcək “Neftçi”- “Qəbələ” matçını canlı yayımlayacaq.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı