Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Beşiktaş” həm də Azərbaycanı təmsil edir" – Fikrət Orman

Yazarlar
 Qazaxıstanla Qazax futbolunun fərqi
Aydın BAĞIROV
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
Şakir YAQUBOV
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
"Neftçi" - "Qəbələ" - Şəkillər
Top 5
"Keşlə" "Zirə"yə qalib gəldi
Türkiyə futbolunda növbəti biabırçılıq – Şəkillər
Növbəti "Real" - "Yuventus", "Barselona" - "Roma" dueli
Əliyar “Mançester Siti” – “Barsa” oyununda 5 "sarı", 1 "qırmızı" göstərdi
"Bayıl Arena"da 2 qol, "Qarabağ" çempionluğa doğru - Yenilənir
Linklər
525ci Qəzet

"Yüz faiz hazır olsaydım, Berlində qalib gələrdim" - Şəhriyar Məmmədyarov
A A A

[17.04.2018]
"Yüz faiz hazır olsaydım, Berlində qalib gələrdim" - <b style="color:red">Şəhriyar Məmmədyarov</b>

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ShamkirChess 2018 superturnirinin rəsmi saytına müsahibə verib. Qol.az-ın həmin müsahibəni təqdim edir.

- Söhbətə Berlində keçirilən İddiaçılar Turnirindən başlayaq. Yaxşı başlanğıc olsa da, sonluq alınmadı...

- İddiaçılar Turnirində ilk dəfə favorit qismində göstərilirdim. Ən azı yarışın reytinq favoriti olduğumdan qalib gəlməyə namizədlərdən biri idim. Ona görə çoxları Berlində yarışı birinci pillədə başa vuracağımı gözləyirdi. Şahmat həvəskarları mənə inanırdı. Turnirin gedişi göstərdi ki, qalib gəlmək imkanlarımız var. Güclü heyət olduğundan proqnoz vermək çətin idi. Yarışdan əvvəl demişdim ki, favorit sonuncu ola bilər, ya da əksinə. Çünki hər tur önəmli idi.

Turnir mənim üçün yaxşı başladı. İlk turda Karyakinə qalib gəldim. Ardınca da yaxşı oyunlarımız oldu. Sadəcə, etiraf etmək lazımdı – Karuana inanılmaz qədər yaxşı mübarizə sərgilədi. Qara fiqurlarla qələbələri çox oldu. Belə yarışda məhz qaralarla üstünlük vacibdi. Yarışın qalibi olmaq üçün ən önəmli oyun Dinq Lirenə qarşı oldu. İnanılmaz risk etdim. Ardıcıl bir neçə tur qələbə qazanmadım. O anda başa düşürdüm ki, qələbə lazımdı. Lirenlə partiyada əsası olmadan riskə getdim. Heç-heçə də turnir cədvəlində lider olacaqdım. Sadəcə, qələbə qazanmaq istəyirdim. Çünki qələbəylə izləyicilərimi yarım xal qabaqlayacaqdım. Uduzmaq barədə düşünmədim və risk etdim. Bu oyun çox ağır zərbə oldu. Sonradan Qrişuka qalib gəlməklə vəziyyətim nisbətən düzəldi. Sadəcə, Dinqlə oyun karyeramda ən ağır məğlubiyyətlərdən biri kimi qaldı. Udsaydım, bəlkə də İddiaçılar Turnirində qələbə qazanacaqdım.

- Sənin üçün İddiaçılar Turnirində sürpriz nə oldu?

- Yaxşı və pis cəhətdən sürpriz oldu. Aronyanla So gözləniləndən aşağı oyun nümayiş etdirdi. Çox güclü şahmatçılardı. Sadəcə, Berlində özlərinə oxşamadılar. Son turlarda hər ikisinin həvəsdən düşdüyü hiss olunur. Karyakin də isə əksinə dönüş yaratdı. İki məğlubiyyətdən sonra Sergeyin şansının olmadığını düşünürdülər. Amma Karyakin ardıcıl 4 qələbədən sonra liderliyə yüksəlməyi bacardı. Sergey çox böyük xarakter göstərdi. Fikrimcə son illərin ən maraqlı İddiaçılar Turniri oldu. Son tur ərəfəsində 4 şahmatçı qələbə şansını saxlayırdı.

- Ermənistan şahmatçısı Levon Aronyan çox zəif təsir bağışladı. Karuanayla hər iki görüşdə də məğlubiyyət acısı yaşadı...

- Karuana Aronyanla hər iki oyunda qələbə qazandı. Mən və Karyakin iki görüşü heç-heçə başa vurduq. Yəni, Fabiano 2 xal, biz isə 1 xal qazandıq. Karuana üçün böyük üstünlük idi. Belə turnirlərdə bir rəqibdən 2 xal qazanmaq böyük şans yaradır. İkinci dövrədə Karuanayla partiyada Aronyanın yaxşı gedişləri var idi. Hətta Karuananın heç-heçə şansları qalmırdı. Müdafiə olunmaq çətin görünürdü. Amma Aronyan bu gedişi görmədi və uduzdu. Kramniklə oyunda da çox zəif təsir bağışladı. Çox güclü şahmatçıdı, ona belə oyunlarda uduzmağı zəif formada olduğunu göstərir. Mənim oyunum onunla alınmadı.  

- İddiaçılar Turnirində qələbə qazanmaq üçün Şəhriyara nə çatmadı. Bəlkə bəxtin gətirmədi...

- Əgər belə mötəbər yarışda çempionluğun taleyi bir oyundan asılıdırsa, deməli turnir alınıb. Dinqə qalib gəlsəydim daha yaxşı olacaqdı. Sona qədər mübarizə apardım, İddiaçılar Turnirində reytinqimi artırdım.  Amma bəxt sözü ilə razı deyiləm. Bu gün Karuananın birinci pilləyə layiq olmasını qeyd etməliyik. Çox yaxşı formada idi. Karyakinə uduzsa da, oyununu itirmədi. Aronyanla Qrişuka qalib gəldi. Maraqlıdı ki, yanvarda Veyk-An-Zee superturnirində iştirak etmişik. Karuana orada pis oynadı. Bəziləri belə zəif çıxışının davam edəcəyini söyləyirdi. Görünür Veyk-An-Zee də artıq İddiaçılar Turnirini düşünürdü. Əsl gücünü Berlində göstərdi.

- Hazırlıqdan razı qaldınmı?

- İddiaçılar Turnirinə iştirakımız çox gec təsdiqlənir. Noyabrın sonuna yaxın bu yarışda olacağımız məlum olundu. Cəmi 3 ay vaxtımız oldu. Amma il ərzində turnirlərə razılıq veririk, bu amil hazırlığa təsirsiz ötüşmür. Berlindən əvvəl Moskvada Rusiyanın gənc şahmat ulduzlarına qarşı çıxış etdim. Çində yarışda iştirak etdim. Səudiyyə Ərəbistanında bir yarış oldu, ardınca Hollandiyada Veyk-An-Zee superturnirində, Almaniyada Bundesliqada mübarizə apardım. Moskvada Mixail Talın Memorialında, “Aeroflot” turnirinə qatıldım. Çox yarışda iştiraka razılıq vermişdim. Bu yarışlar 2 ay vaxtımı aldı. İddiaçılar Turnirinə cəmi 20 gün hazırlaşa bildim. Çox az vaxt oldu. Bu müddətdə Qaxda təlim-məşq toplanışı keçdim. Təlim-məşq olmayan günlərdə də köməkçilərim tapşırıqlar üzərində çalışırdılar. Gələcəkdə iştirakçılar daha tez təsdiqlənsə çox yaxşı olar.

- Artıq 33 yaşın var. Bu amil növbəti mövsümdə İddiaçılar Turnirinə vəsiqə qazanmağa mane olmayacaq. Yəni həvəsdən düşmürsən?

- Şahmatda yaş fərqlidi. Futbolda 33 yaşında mundialda oynayanda, deməli sənin son dünya çempionatındı. 37 yaşında futbol oynamaq çətindi. Şahmatda 33 yaş yaxşı dövr sayılır. Vişvanatan Anand, Boris Gelfand kimi şahmatçılar sualınıza cavab ola bilər. Anand 40 yaşında gözəl oyun sərgiləyirdi. Dünya çempionu olanda belə yaşı az deyildi. Özümə gəldikdə bilirsiniz ki, şahmata gec başlamışam. Turnirlərdə gec oynamağa başlamışam. Özümü şahmatda çox gənc hesab edirəm. Növbəti 2 il ərzində çox şey dəyişə bilər. İddiaçılar Turnirinə vəsiqə qazanmaq son zamanlar çox çətinləşib. Məşqləri davam etdirəcəm. Bir ildən sonra hansı formada olduğum görünəcək. Özümdə enerji və güc hiss edirəm. Tam hazır olduğumu düşünmürəm. Yüz faiz hazır olsaydım, Berlində qalib gələrdim. Amma məqsədim dəyişmir. Çalışacam yaxın illərdə İddiaçılar Turnirinə vəsiqə qazanım və bu turniri çempion kimi başa vurum.

- Reytinq şahmatçı üçün nə dərəcədə önəmlidi?

- Əmsal çox vacibdi. Yüksək reytinqin olmayaqsa güclü turnirlərə dəvət almayacaqsan. Dünyanın ikincisi olduğum üçün özümü xoşbəxt hesab edirəm. Amma irəlidə Maqnus var. Karlsen çox güclüdü. Hamıya başağrısı olur. Klassik, rapid və blitsdə dünya çempionudu. Səviyyəli və güclü rəqibdi. Ona qalib gəlmək çox çətindi. FİDE reytinqində ikinci olduğum üçün ancaq birinci pilləyə yüksəlməyi əsas hədəflərimdən biri hesab edirəm.

- Artıq təmkinli oynayırsan. Risk etmirsən. Dəyişikliyin səbəbi var?

- Son turnirlərdə hamı deyir ki, qayıt köhnə oyun üslubuna. İddiaçılar Turnirində də dedilər. Şahmatçılar həmin Şəhriyar üçün çox darıxıb. Deyirlər aqressivlik çatmır. Lakin fərqli mənzərə görünür. Dinqlə risk etdim, nəticə hamıya məlumdu. Nəticə qazanmaq üçün risk də vacibdi. Amma lazım olan oyunda. Aqressivliklə dünya reytinqində “beşliy”ə yüksəlmək mümkün deyil. Daxilimdə həmin Şəhriyar yaşamaqdadı. Yəqin nə vaxtsa risk edən Şəhriyar qayıdacaq. Çoxu düşünür ki, işlədiyim məşqçilərə oxşamağa başlamışam. Bir müddət Dreyevlə və Xalifmanla çalışmışam, onları nəzərdə tuturlar.

- Berlində olduğun vaxt Azərbaycandan dəstəyi hiss edirdin?

-  Turnir vaxtı telefondan az istifadə elədim. İstirahət günlərində sosial şəbəkələrə 2-3 dəqiqə vaxt ayırmışdım. Çoxlu paylaşımlar gördüm. Fikrimcə Azərbaycan şahmatına heç vaxt belə dəstək olmayıb. Məncə hamı inanırdı ki, İddiaçılar Turnirində qələbə çox yaxındı. Heç vaxt görmədiyim dəstəyi hiss etdim.

- Şəmkirdə Vüqar Həşimov Memorialının ikiqat qalibisən. Bu dəfə ilk iki yarışın çempionu Maqnus Karlsen də iştirak edəcək. Superturnirdə yenidən qələbə qazanmaq şanslarını necə qiymətləndirirsən?

- Çox maraqlı heyət formalaşıb. 2018-ci ildə iki dəfə məğlub olmuşam. Biri Aniş Giriyə, digəri Dinq Lirenə.Hər ikisi Şəmkirdə yüksək yerlər uğrunda mübarizə aparacaq. Maqnusun təqdimata ehtiyaca yoxdu. Veselin Topalov,  Sergey Karyakin dünyanın güclü şahmatçıları sırasındadı. David Navara aqressiv oyun üslubuna məxsusdu, istənilən rəqibi dayandıra bilər. Çox istəyirəm 5-ci turnirdə də qələbə qazanım. Çünki Karlsenin iştirak etdiyi yarışda birinci olmaq başqadı.

Təşkilatçılara təşəkkür edirəm. Ancaq seçilən şahmatçıları dəvət ediblər. Çox istərdim Vüqar Həşimovun adına turnir ənənəvi olaraq hər il keçirilsin.

-  Dinq Lirendən Berlindəki məğlubiyyət üçün revanş istəyirsən...

-  Dünya şahmatında iki həmkarım üzərində qələbəm yoxdu. Dinq Liren və Vişvanatan Anand. Dinqlə oyunlarımız az olub. İlk dəfə Berlində məni məğlub etdi. Amma mən heç  vaxt ona qalib gəlməmişəm. Klassik şahmatda onlarla bacarmamışam. Revanş dedikdə Şəmkirdə qarşılaşacağıq. Nəticəni zaman göstərəcək. Revanş yox qələbə istəyirəm.

1008 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
22.04.2018  02:00 “Barselona” kuboku darmadağınla qazandı
22.04.2018  00:37 "Qalatasaray"dan qələbə, "Trabzonspor" məğlub oldu
22.04.2018  00:01 "Borussiya"dan darmadağın, "Leyptsiq" uduzdu
21.04.2018  20:05 "Hakim qırmızı vərəqə göstərə bilməzdi" - Orxan Sadıqlı
21.04.2018  13:50 “Mançester Siti”nin baş məşqçi Əliyar haqda: “Hakimin qərarı mənə qaranlıq qaldı”
20.04.2018  11:03 "Nə CBC Sport"un, nə də bizim problemdir" - PFL-dən açıqlama
20.04.2018  09:45 La Liqanı ilk onlar tərk etdi
19.04.2018  23:30 Şenol Günəşin başını yardılar, derbi yarımçıq dayandırldı
19.04.2018  11:40 Həyat yoldaşı mətbuat konfransında Konteyə zəng vurdu - Video
18.04.2018  23:20 "Avrokuboklara vəsiqə qazanmasaq, istefa verəcəm" - Tərlan Əhmədov
18.04.2018  19:30 "İnsidentə görə üzr istəyirəm" - Yuri Maksimov
18.04.2018  14:37 "Mançester Siti"nin 5 futbolçusu rəmzi komandada
18.04.2018  10:15 "Azərbaycan millisi son zamanlar sürətlə inkişaf edir"
17.04.2018  11:02 U-21 millimiz üçün daha bir rəqib
17.04.2018  00:50 Futbol tarixində ilk – hakim fasilədə penalti təyin etdi
16.04.2018  12:07 Qurban Qurbanovdan daha bir sərt qərar
16.04.2018  11:15 "Qəbələ"nin sabiq futbolçusundan sərt etiraz - Video
16.04.2018  09:45 Qurban Qurbanovun oğlundan dubl
16.04.2018  01:07 PSJ çempionluğu rəsmiləşdirdi - tarixdə 7-ci dəfə
15.04.2018  20:37 Samir Abasov: “Bəlkə yayda burda olmadım, yeni məşqçi...”
 
 
  22.04.18
18:10
  “Neftçi” – “Qəbələ” - heyətlər
18:08
  "Bayıl Arena"da 2 qol, "Qarabağ" çempionluğa doğru - Yenilənir
17:36
  “Liverpul” – “Roma” oyununu bu hakim idarə edəcək – UEFA açıqladı
16:27
  "Səbail" - "Kəpəz": heyətlər açıqlandı
15:45
  "Məni Qriqorçukla üz-üzə qoymaq istəyirlər" - Maksimov
14:42
  "Arsenal"ı çalışdırmaqdan qorxmuram" – Toni Adams
13:50
  "Çelsi"nin yeni baş məşqçisi də italiyalı ola bilər
12:44
  "Barselona"da yadplanetlilər oynayır" - Montella
11:34
  "Beşiktaş” həm də Azərbaycanı təmsil edir" – Fikrət Orman
10:16
  İnyestanın "Barselona"da son kubok oyunu və gözyaşları – Şəkillər
02:00
  “Barselona” kuboku darmadağınla qazandı
01:22
  "Milan" doğma meydanda uduzdu - Video
01:00
  "Borussiya"dan 4 cavabsız qol - Video
00:37
  "Qalatasaray"dan qələbə, "Trabzonspor" məğlub oldu
00:15
  "Mançester Yunayted" - "Tottenhem" - Video
00:01
  "Borussiya"dan darmadağın, "Leyptsiq" uduzdu
  21.04.18
22:30
  "Mançester Yunayted" finalda
21:59
  "Keşlə" - "Zirə" - Şəkillər
21:20
  "Roma" səfərdən 3 xalla qayıdır - Video
20:44
  “Mourinyo da gəlsə, vəziyyəti düzəldə bilməyəcək” - Duriç
20:05
  "Hakim qırmızı vərəqə göstərə bilməzdi" - Orxan Sadıqlı
19:41
  “Üzərimizdə sanki qara zolaq var” – “Zirə”nin futbolçusu
19:25
  "Liverpul"un oyununda 4 qol - Video
19:00
  "Keşlə" "Zirə"ni belə məğlub etdi - Video
18:35
  "Onlara deyirəm ki, çıxın, özünüzü göstərin" - Maksimov
18:14
  "Heç nədən iki qol buraxdıq" - "Zirə"nin məşqçisi
17:48
  "Keşlə" "Zirə"yə qalib gəldi
17:28
  "Liverpul"dan xal itkisi
16:30
  "Turan Tovuz" böyük hesabla uduzdu - Video
15:42
  "Keşlə" - "Zirə": heyətlər açıqlandı
15:20
  "Qəbələ" və "Neftçi" arasında 45-ci duel
14:50
  Venger 2 klubun hədəfində
14:29
  “Qarabağ Vyana”nın prezidenti İlham Əliyevi təbrik etdi
13:50
  “Mançester Siti”nin baş məşqçi Əliyar haqda: “Hakimin qərarı mənə qaranlıq qaldı”
13:20
  "Real"dan Ronaldoya yeni təklif - ilinə 30 milyon avro
12:50
  Etopaz-da 81 canlı oyun
12:02
  "Qələbə üçün daha bir barmağımı qıraram" - Rakitiç
11:11
  "Beşiktaş"ın prezidenti Bakıya gəlir
10:36
  İnyestanın Çin klubuna keçidi nə vaxt açıqlanacaq?
01:15
  "Borussiya" 3 qolla qalib gəldi - Video
00:50
  "Qarabağ"la oyuna kapitansız hazırlıq
00:01
  La Liqa klubu baş məşqçisini qovdu
  20.04.18
23:10
  Böyükağa Hacıyevin 60 yaşına
21:30
  Əliyar “Mançester Siti” – “Barsa” oyununda 5 "sarı", 1 "qırmızı" göstərdi
20:40
  Yığmamız penaltilərdə uduzdu
20:00
  "Keşlə" "Zirə" ilə oyuna hazırdır - Şəkillər
19:30
  “Arsenal” Enrike ilə danışıqlara başladı
19:10
  “Xəzər” 3 qolla qalib gəldi - Video
18:50
  "Turan Tovuz" böyük hesabla uduzdu
18:25
  Kaliniçin əvəzinə Mandzukiç
17:46
  Premyer Liqamızda 24-cü turun - hakim təyinatları
17:25
  İbrahimoviç mundialda oynayacaq? - baş məşqçidən açıqlama
16:43
  "Barselona" "Sevilya"dan futbolçu alır
16:12
  "Xəzər" yenidən ikinci pilləyə yüksəldi
15:53
  "Arsenal"ın yeni baş məşqçisi bu gün açıqlana bilər
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore