"İndiki zəmanədə arvad əri ilə pulsuz yatmır, biz isə mükafatsız oynayırıq" - Yuri Maksimov

"İndiki zəmanədə arvad əri ilə pulsuz yatmır, biz isə mükafatsız oynayırıq" - Yuri Maksimov
GÜNDƏM 12 Aprel 2018 / 18:54 4005
-  A +

"Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycan kubokunun yarımfinal mərhələsində "Sumqayıt”ı 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib:

-Bu gün qalib gəlmək istəyirdik. Çünki son oyunlarda qalib gələ bilmirdik. Rəqib isə yaxşı formada idi. Bu cəhətdən qalib gəlməyimiz yaxşı oldu. Son dəqiqədə qol vurmağı bacardıq. Bəzi oyunçuların klubla müqavilə müddəti bitmək üzrədir. Onları oyuna kökləmək çətin idi. Ancaq qalib gəlməyi bacardıq. Futbolçularımı təbrik edirəm.

- Bugünkü qələbə ilə düşünmürsünüz ki, rəqibi bir az da qıcıqlandırmış oldunuz?

- Azarkeşlərimiz qarşısında oynayırdıq, buna görə, qalib gəlmək istəyirdik. Rəqibin yaxşı formada olması, bu istəyimizi dəyişə bilməzdi.

- Həmişə məğlub olduqdan sonra kefsiz olurdunuz. Bu gün qalib gəldiniz, lakin yenə kefsiz görünürsünüz...

- Çünki hələ heç nə həll olunmayıb. Qarşıda cavab oyunu var.

- İkinci hissədə komanda bir qədər ehtiyatlı oynayırdı. Bu, nəyə görə idi rəqib yaxşı oynadı, yoxsa...

- 90 dəqiqə pressinq etmək asan deyil. Bu cəhətdən uşaqlara minnətdaram. Bir az da ustalıq səviyyəsi var. Bu da, müəyyən rol oynayırdı.

- "Keşlə”nin avrokuboklara vəsiqə üçün son şansı kubokdur. Bu rəqiblə həftə sonu çempionatda da oyununuz var. Çempionatda heç bir şansınızın qalmadığını nəzərə alsaq, bu oyuna ciddi yanaşmaya bilərsiniz?

- Rəqibin hər iki cəbhədə şansı var. Bizim isə yalnız kubokda şansımız davam edir. Təbii ki, çempionatda da yaxşı oynamağa çalışacağıq. Bəzi problemlərimiz var. Slavik və Denis bu gün zədə alsdı. Ola bilsin, bəzi oyunçulara istirahət şansı verdim. Futbolçuların da bəzilərinin müqavilə müddəti bitir. Bəzi futbolçuların 1 aylıq müqaviləsi qalıb. Buna görə, onları oyuna kökləmək bir qədər çətin olur. Futbolçular gələcəklərini düşünürlər. Onlar zədələnmək istəmirlər.

- Oyunçuları dediniz. Lakin sizin də klubla müqavilə müddətiniz bitir...

- Komanda qalacaq. Ancaq büdcə necə olacaq, bəlli deyil. Bunun üçün bizə qələbə lazımdır.

- "Qarabağ”la oyundan sonra klub rəhbərliyinin sizi aldatdığını demişdiniz. Getmək istədiyiniz deyilir. Komanda hətta avrokubokara vəsiqə qazansa da, gedəcəksiz?

- Bəli. Pul problemi var. Heç klub prezidenti özü necə olacağını bilmir. İndiki zəmanədə arvad əri ilə pulsuz yatmır, biz isə mükafatsız oynayırıq.

 

Daha çox


Son xəbərlər