"Zirə" Dedovun transferini açıqladı

"Zirə" Dedovun transferini açıqladı
GÜNDƏM 10 Fevral 2018 / 00:01 3982
-  A +

“Zirə” daha bir futbolçunun keçidini həll edib.

Qol.az-ın klubun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Moldova millisinin üzvü Aleksandr Dedovu transfer edib.

28 yaşlı yarımmüdafəçi ilə bir il yarımlıq müqavilə bağlanılıb. Dedov ölkəsinin “Milsami” klubundan transfer edilib.

2012-ci ildən Moldova milli komandasında çıxış edən futbolçu yığmada keçirdiyi 39 oyunda 3 dəfə fərqlənib.

Daha çox


Son xəbərlər