"Golden Boy" sahibini tapdı - Kilian Mbappe!

"Golden Boy" sahibini tapdı - Kilian Mbappe!
GÜNDƏM 23 Oktyabr 2017 / 12:26 3887
-  A +

Avropanın ən yaxşı gənc futbolçusuna verilən "Golden Boy" mükafatının sahibi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, İtaliyanın "Tuttosport" nəşrinin Avropa jurnalistləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe ilin ən yaxşı futbolçusu seçilib.

O, səsvermədə həmyerlisi Usman Dembele ("Barselona”) və braziliyalı Qabriel Xesusu ("Mançester Siti”) qabaqlayıb.

Qeyd edək ki, Mbappe ötən mövsüm "Monako”nun heyətində 44 rəsmi matça çıxıb və 26 qol, 14 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm  180 milyon avro qarşılığında PSJ-yə transfer olunan 18 yaşlı forvard Paris klubunda 11 görüşdə 4 qol, 4 məhsular ötürmə ilə fərqlənib.

Daha çox


Son xəbərlər