Karrasko “Qarabağ”la oyundakı hərəkətinə görə cəzalandırıldı

Karrasko “Qarabağ”la oyundakı hərəkətinə görə cəzalandırıldı
GÜNDƏM 23 Oktyabr 2017 / 12:02 4892
-  A +

“Atletiko”nun futbolçusu Yannik Karraskonun İspaniya La Liqasının IX turunda “Selta” ilə səfər oyununa aparılmamağının səbəbi məlum olub.

Qol.az “AS” nəşrinə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la oyundakı davranışına görə cəzalandırılıb.

Bakı Olimpiya Stadionunda keçirilən matçın 72-ci dəqiqəsində Karrasko əvəzlənərkən meydanı ləng hərəkətlə tərk edib. O, buna görə həm azarkeşlərin, həm də komanda yoldaşlarının qınağına tuş gəlib. Klub rəhbərliyi də komandanın qol axtarışında olduğu zaman futbolçunun bu cür davranmasına etirazını bildirib.

Baş məşqçi Dieqo Simeone isə futbolçunun bu hərəkətini cəzasız qoymayıb.

Xatırladaq ki, oktyabrın 18-də keçirilən “Qarabağ” – “Atletiko” oyunu qolsuz bərabərliklə başa çatıb.

Daha çox


Son xəbərlər