O da "Qarabağ"la oyunu buraxa bilər

O da "Qarabağ"la oyunu buraxa bilər
XƏBƏR 25 Sentyabr 2017 / 16:48 2794
-  A +

"Roma"nın daha bir futbolçusu Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyunu buraxa bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, söhbət Ektor Morenodan gedir.

Meksika millisinin üzvü dizindən zədə alıb. Komandanın dünənki məşqində iştirak etməyən müdafiəçinin müalicəsinə başlanılıb. Onun Bakıya gələcək heyətdə yer alıb-almayacağı haqda məlumat verilməyib.

Qeyd edək ki, "Roma"nın futbolçuları Partik Şik, Emerson Palmieri, Luka Pelleqrini və Adbullahi Nura zədə səbəbindən "Qarabağ"la setyabrın 27-də keçiriləcək oyunda iştirak edə bilməyəcək.

Daha çox


Son xəbərlər