"Milliyə dəvət almağım sürpriz olmadı" - Ndlovu

"Milliyə dəvət almağım sürpriz olmadı" -  Ndlovu
GÜNDƏM 21 Sentyabr 2017 / 17:00 5731
-  A +

“Qarabağ”ın hücumçusu Dino Ndlovu Cənub Afrika Respublikası millisinə dəvət almasına münasibət bildirib.

Qol.az-ın Kickoff.com-a istinadən yaydığı xəbərə görə, 27 yaşlı futbolçu əvvəlcə bu dəvətə inanmadığını deyib:

“İndi də anlamıram. Bu barədə məlumatım yox idi. Lakin yığmaya dəvət almaq mənim üçün sürpriz deyil. Çünki son zamanlar səylə çalışırdım. Səbr etdiyim illərin əvəzini aldım. Bununla iş bitmir. Daha çox çalışmalıyam".

D.Ndlovu  "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə qarşılaşdığı oyun (0:6) barədə də fikirlərini bildirib: "Bizim üçün yaxşı təcrübə olacaq. Həmin görüşdə yaxşı oynadım. İstədiyim oyunu ortaya qoymaq üçün mənə 1 qol lazım idi".

Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib. CAR DÇ-2018-in seçmə mərhələsində oktyabrın 7-də Burkina Faso ilə qarşılşacaq.

Daha çox


Son xəbərlər