UEFA Millətlər Liqası və "Avro-2020" ilə bağlı qərarları açıqladı

UEFA Millətlər Liqası və "Avro-2020" ilə bağlı qərarları açıqladı
GÜNDƏM 21 Sentyabr 2017 / 10:14 8678
-  A +

UEFA Millətlər Liqasın turnirin keçirilmə formatı və "Avro-2020"yə vəsiqələrlə bağlı son qərarları təsdiqlənib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, yarışda UEFA-ya üzv olan 55 millinin hamısı iştirak edəcək. 2017-ci il oktyabrın 11-də açıqlanacaq UEFA-nın yığmalar üçün reytinqinə görə komandalar A, B, C və D liqalarına bölünəcək.
 
A və B liqalarında 12, C liqasında 15, D liqasında 16 komanda olacaq. A və B liqasının hərəsində 3 komandadan ibarət 4 qrup olacaq. C liqasında isə bir qrupda 3, üçündə 4 yığma mübarizə aparacaqsa, D liqasında 4 komandalı dörd qrupa ayrılacaq.

Matçlar 2018-ci ilin sentyabr-noyabr aylarında keçiriləcək.

Qrup qalibləri daha yüksək dəstəyə vəsiqə qazanacaqsa, sonuncu olanlar aşağı diviziona yuvarlanacaq.
 
Millətlər Liqasının qrup mərhələsinin püşkatma mərasimi gələn il yanvarın 24-ü olacaq.

Avro-2020-yə vəsiqələrlə bağlı da yekun qərar verilib. 13 ölkədə təşkil olunan yarışa meydan sahibi kimi qatılacaq yığma olmadığından 24 vəsiqənin hamısı mübarizədə bilinəcək. Bunlardan 20-ci seçmə mərhələdə məlum olacaq.
 
2019-cu ilin martında Avro-2020-nin seçmə oyunları başlayacaq. 55 komanda 10 qrupda mübarizə aparacaq. 5 qrupda 5, 5 qrupda 6 yığma çıxış edəcək. Hər qrupda ilk iki yerə sahib olanlar final mərhələsinə yüksələcək.
 
Digər 4 vəsiqənin sahibi isə Millətlər Liqasından bilinəcək. Hər liqanın ən yaxşısı qitənin ən nüfuzlu turnirinə yüksələcək. Bu komandanı müəyyənləşdirmək üçün qrup qalibləri bir oyundan ibarət yarımfinal və finalda üz-üzə gələcək. Əgər qrup qalibi artıq seçmə mərhələdən AVRO-2020-yə vəsiqə qazanıbsa, onu turnir cədvəlində ən yaxın izləyicisi əvəzləyəcək. Bir liqada yarımfinalda oynamaq üçün seçmə mərhələdən vəsiqə qazanan 4 komanda sayı düzəlməsə, digər liqada daha yüksək yer tutan yığma həmin matçlara qoşulacaq.

Qeyd edək ki, Millətlər Liqasında və "Avro-2020"nin seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək.

Daha çox


Son xəbərlər