"Qarabağ"ın oyununa hakim təyinatı açıqlandı

"Qarabağ"ın oyununa hakim təyinatı açıqlandı
GÜNDƏM 11 Sentyabr 2017 / 10:11 3135
-  A +

UEFA Gənclər Liqasında qrup mərhələsinin ilk turunda keçiriləcək "Çelsi" U-19 - "Qarabağ" U-19 oyununa hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı İrlandiya Futbol Federasiyasından Robert Hennessi idarə edəcək.  Ona həmyerliləri Darraq Kiqan və Darren Keri köməklik edəcək. Dördüncü hakim funksiyasını  Con Basbi (İngiltərə) yerinə yetirəcək.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 14:05-də başlayacaq.

Daha çox


Son xəbərlər