“Oyunun sonlarına yaxın artıq yorulmuşduq və nəticədə diqqətsizlik etdik. Çox məyusuq ki, son dəqiqələrdə qol buraxdıq. Çünki yaxşı mübarizə aparmışdıq. Bir neçə epizodda bəxtimiz gətirmədi”.
Qol.az-ın məlumatına görə, bu sözləri "İnter"in futbolçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqanın 2-ci turunda "Qarabağ”a məğlub olduqları oyundan (0:1) sonra jurnalistlərə açıqlamasında deyib.
O, “Qarabağ”ın Azərbaycanın ən yaxşı komandası olduğunu və Çempionlar Liqasının qrup mərhələsində oynaya biləcəyini düşünür: “Mən əlimdən gələn hər şeyi etdim. Digər rəqiblərlə müqayisədə, “Qarabağ”la oynamaq çətindir. “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. İnanıram ki, “Qarabağ” “Kopenhagen”i məğlub edərək, Çempionlar liqasının qrup mərhələsinə adlayacaq. Mənim də arzumdur ki, “Qarabağ” qrupda oynasın. Çünki bu, bütün Azərbaycan futbolu üçün böyük uğur olar”.
29 yaşlı hücumçu Albaniyanın “Kukesi” klubuna keçən sabiq komanda yoldaşı Rauf Əliyev haqda da danışıb:“Mən düşünmürəm ki, Rauf Əliyevin komandadan ayrılması yaxşıdır. Çünki Rauf da oyuna çıxırdı, mən də çıxırdım. Çalışacam ki, özümü daha da yaxşı göstərim”.
Pərdis yenidən milli komandada oynamaq istədiyini söyləyib: “İstəyirəm ki, yaxşı oynayım, qollar vurum. Milli komandada oynamaq bütün futbolçuların arzusudur. Mən Berti Foqstun vaxtında millidə oynamışam. Milli komandanın heyətində oynamaq tamam başqa hisdir. Arzum budur ki, yenidən milliyə qayıdım”.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi