"Bu hesabla uduzmaq istəməzdik" - Ayxan Abbasov

"Bu hesabla uduzmaq istəməzdik" -  Ayxan Abbasov
GÜNDƏM 14 İyul 2017 / 00:01 5138
-  A +

"Bu hesabla məğlub olmaq istəməzdik. İlk hissə istədiyimiz kimi başa çatdı. Qol da vurmuşduq. İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının II təsnifat mərhələsində “Astra”ya uduzduqları oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

O, məğlubiyyətə baxmayaraq, komandasından razı qaldığını bildirib: “Futbolçularımın əzmkarlığı məni qane etdi. Yeni oyunçularımıza uyğunlaşmaları üçün bir az vaxt lazımdır. İnanıramki, cavab matçında daha yaxşı çıxış edəcəyik".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi