"Penaltimiz verilmədi" - "Yagolleniya"nın baş məşqçisi

"Penaltimiz verilmədi" - "Yagolleniya"nın baş məşqçisi
GÜNDƏM 13 İyul 2017 / 23:28 5490
-  A +

“Çətin oyun oldu. Görüşün sonuna yaxın qələbə qazana bilərdik. Bütün gücümüzü ortaya qoyduq. Cavab oyunu çətin olacaq. Cütün taleyinə ikinci matçda aydınlıq gələcək”.

Qol.az-ın məlumatına görə, bu sözləri Polşanın “Yagelloniya” klubunun baş məşqçisi İreniuş Mamrot Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə ilk oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Cavab oyununda şansları necə dəyərləndirirsiniz?

- Yenə şanslar bərabərdir. Çünki “Qəbələ” hücumda yaxşı oynayır. Düzdür, qol vurduq, amma həm də qol buraxdıq.

- Hakim idarəçiliyi ilə bağlı nə deyə bilərsiniz?

- Hakimlər haqda danışmaq istəmirəm. Bu barədə danışmaq mənim işim deyil. Amma iki epizoddan narazıyam və həmin oyunları izləyəcəyəm. İlk hissədə penaltimiz verilmədi. Belə daha bir epizod oldu. Düşünürəm ki, bu gün hakimlərin işi çox çətin oldu.

 

Daha çox


Son xəbərlər