"İnter" xalımızı artırdı: UEFA-nın yeni reytinqi

"İnter" xalımızı artırdı:  UEFA-nın yeni reytinqi
GÜNDƏM 13 İyul 2017 / 11:50 6980
-  A +

Bakı “İnter”inin Avropa Liqasının 2-ci təsnifat mərhələsininin ilk oyununda “Fola”ya (Lüksemburq) qalib gəlməsi (1:0) Azərbaycanın UEFA klub reytinqindəki mövqeyini daha da yaxşılaşdırıb.

Qol.az-ın xəbərinə görə, “İnter”in qələbəsi ölkəmizin xal ehtiyatını zənginləşdirib. Paytaxt klubu Azərbaycanın reytinqinə daha 0.250 xal yazdırıb.

Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız 16,250-yə yüksəlib. Bununla da ölkəmiz Bolqarıstan və Belarusu xal ehtiyatında da geridə qoyaraq 21-ci pillədəki yerini möhkəmləndirib. Azərbaycandan 1 pillə irəlidə - 20-ci yerdə olan İsrailin isə 17.375 xalı var.

Qeyd edək ki, cari mövsümdə klublarmız meydana çıxdığı 6 görüşün hamısında qalib gələrək maksimum – 1.500 xal toplayıb.

Əlavə edək ki, reytinqə 88.998 xalı olan İspaniya başçılıq edir. Almaniya (63.284) ikinci, İngiltərə (61.819) üçüncü yeri tutur. 

Daha çox


Son xəbərlər