"Zirə" barədə danışmaq çətindir" - "Differdanj”ın baş məşqçisi

"Zirə" barədə danışmaq çətindir" - "Differdanj”ın baş məşqçisi
GÜNDƏM 28 İyun 2017 / 22:34 3120
-  A +

"Sabahkı matçdan sonra rəqibi daha yaxşı təhlil etmək imkanımız olacaq. İndi rəqib barədə nəsə demək çətindir”.

Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə  görə, bu sözləri "Differdanj”ın baş məşqçisi Paskal Karzaniqa  Avropa Liqasının I təsnifat mərhələsi çətçivəsində "Zirə" ilə ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında söyləyib.

P.Karzaniqa komandanın 3 üzvünün işdən Azərbaycana gəlmək üçün işdən icazə almasına toxunarkən bildirib ki, yalnız bir oyunçu "Zirə" ilə matçda iştirak etməyəcək. O, Bakıdakı isti hava şəraitindən narahat olmadıqlarına söyləyib: "Hazırda Lüksemburq da çox istidir. 15 gündür ki, çox yüksək temperatur müşahidə olunur".

Qeyd edək ki,  sabah "Dalğa Arena"da keçiriləcək "Zirə" - "Differdanj" matçı saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər