Azərbaycanda işləmiş məşqçi həvəskar klubda

Azərbaycanda işləmiş məşqçi həvəskar klubda
XƏBƏR 24 İyun 2017 / 01:38 3570
-  A +

Vaxtı ilə ölkəmizdə çalışmış Sergey Yuranın yeni iş yeri müəyyənləşib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssis bundan sonra Moskvaətrafı Krasnoqorsk klubunu təmsil edən “Zorki” ilə anlaşıb.

Bu komanda hazırda səviyyəcə üçüncü liqa hesab olunan həvəskarlar liqasında yarışır. Lakin komandanın növbəti mövsümdən I divizionda çıxış etməsi planlaşdırılır.

Xatırladaq ki, Yuran 2011-2012 mövsümündə “Simurq”un baş məşqçisi olub.

Daha çox


Son xəbərlər