“Yeni münasib rəqib axtarırıq” – Asif Əsgərov

“Yeni münasib rəqib axtarırıq” – Asif Əsgərov
GÜNDƏM 22 İyun 2017 / 13:02 3809
-  A +

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” iyulun 2-də yoxlama görüşü keçirməyi planlaşdırır.

Bu haqda Qol.az-a klubun baş meneceri Asif Əsgərov məlumat verib. Onun sözlərinə görə, Çempionlar Liqasının püşkatmasının nəticəsinə əsasən, Ağdam klubu ilk oyunu səfərdə deyil, Bakıda keçirəcəyindən komandanın planı dəyişib: “Əgər birinci oyunumuz rəqib meydanında olsaydı, Avstriyada toplanışımız davam edəcəkdi. Amma ilk oyunumuz iyulun 11-də Bakıda keçiriləcək. Ona görə də iyulun 3-də vətənə qayıdırıq. Hazırda iyulun 2-də keçirəcəyimiz yoxlama oyunu üçün münasib rəqib axtarışındayıq”.

Xatırladaq ki, “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində Gürcüstanın “Samtredia” komandası ilə qarşılaşacaq. Oyunlar 11 və 18 iyulda keçiriləcək.

Daha çox


Son xəbərlər