"Zirə" kamerunlu futbolçu aldı - rəsmi

"Zirə" kamerunlu futbolçu aldı -  rəsmi
GÜNDƏM 21 İyun 2017 / 13:07 4640
-  A +

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Zirə" heyətinə daha bir futbolçu cəlb edib.

Klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlunun Qol.az-a verdiyi məlumata görə, bir müddətdir baxışda olan kamerunlu Josep Boumla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı mərkəz müdafiəçisi Türkiyənin "Mersin İdman Yurdu", "Antalyaspor", "Osmanlıspor" və "Qaziantep BB" kimi klublarında çıxış edib.

Daha çox


Son xəbərlər