"Arsenal" ÇL-dən kənarda qaldı - 20 ildə ilk dəfə

"Arsenal" ÇL-dən kənarda qaldı - 20 ildə ilk dəfə
GÜNDƏM 21 May 2017 / 20:27 5560
-  A +

İngiltərə Premyer Liqasında 2016/17 mövsümü başa çatıb.

Qol.az-ın xəbərinə görə, son turun matçlarından sonra ölkəni avrokuboklarda təmsil edəcək klublar müəyyənləşib.

Beləliklə, çempion “Çelsi”, ikinci yeri tutan “Tottenhem”, bürünc medal qazanan “Mançester Siti” ÇL-in qrup, dördüncü yeri təmin edən “Liverpul” isə yarışın pley-off mərhələsində oynamaq hüququ əldə edib.

Son 20 ildə ilk dəfə olaraq “Arsenal” ÇL-dən kənarda qalıb. Beşinci yeri tutan Arsen Vengerin komandası, eləcə də “Mançester Yunayted” (6-cı yer) Avropa Liqasının qrup mərhələsində oynayacaq (“MY” bu mövsüm Avroliqanın finalında “Ayaks”a qalib gəlsə, növbəti mövsüm ÇL-in qrupunda çıxış edəcək).

7-ci yeri tutan “Everton” isə Avroliqanın pley-off mərhələsinə vəsiqə əldə edib.

Daha çox


Son xəbərlər