Rəsul Çunayevdən məğlubiyyət –finala çıxa bilmədi

Rəsul Çunayevdən məğlubiyyət –finala çıxa bilmədi
GÜNDƏM 17 May 2017 / 11:48 4542
-  A +

Rio Yay Olimpiya Oyunlaının bürünc mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında uğursuzluğa düçar olub.

Qol.az-ın xəbərinə görə, mübarizəyə 1/4 finaldan başlayan güləşçimiz Akrem Bucemlinlə (Əlcəzair) qarşılaşmada vaxtından əvvəl qələbə qazanaraq (8:0) yarımfinala yüksəlib.

1/2 finalda isə o, İran güləşçisi Məhəmmədəli Gərayi (İran) ilə görüşüb və 5:6 hesabı ilə uduzaraq finala çıxa bilməyib. R.Çunayev bundan sonra yalnız üçüncü yer uğrunda yarışacaq.

Xatırladaq ki, R.Çunayev bu yarışın əsas favoritlərindən hesab edilirdi.

 

Daha çox


Son xəbərlər