"Məni yox, futbolçuları istəyən komandalar var" - Svanadze

"Məni yox, futbolçuları istəyən komandalar var" -  Svanadze
GÜNDƏM 24 Aprel 2017 / 18:00 3644
-  A +

"Düzü, ilk hissədə bizə çətin oldu. "Qəbələ" xeyli qol vəziyyəti yaratdı. Durumumuzu bilirsiniz. Uşaqlar yorğun idi. Ona görə bir qədər fərqli heyətlə oynadıq".

Qol.az-ın xəbərinə görə,  bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın XXVII turunda "Qəbələ" ilə oyundan (3:4) sonra keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis  "Qəbələ" ilə görüşü mövsümün matçı adlandırıb: "Çox maraqlı oyun oldu. 4 qol buraxmaq istəməzdik. Rəqibə hədiyyələr etdik. "Kəpəz"lə növbəti görüşdə fərqli oynayacağıq".

Z.Svanadze "İnter"in bəzi oyunçularının komandanı tərk edəcəyini qeyd edib: " Məni yox, amma uşaqları istəyən komandalar var. Eşitdiyimə görə, Səlahət Ağayev artıq “Neftçi” ilə müqavilə bağlayıb. Nizami Hacıyev də 99,9 faiz “Neftçi”də çıxış edəcək. Tərlan Quliyev də böyük ehtimalla, “Neftçi”yə keçəcək, o da bu klubdan təklif alıb. Uşaqlara təşəkkür edirəm".

Daha çox


Son xəbərlər