Qvardiolaya görə, məğlubiyyətin səbəbi...

Qvardiolaya görə, məğlubiyyətin səbəbi...
GÜNDƏM 16 Mart 2017 / 09:51 4912
-  A +

Birinci hissədə pis oynadıq. İkinci hissədə oyunumuz düzəldi, ancaq bu, qələbə üçün bəs etmədi. Rəqibin hücumları zaman yaxşı müdafiə olunmadıq".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında "Monako"ya 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları matçdan sonra deyib.

O, məğlubiyyətin səbəbləri haqda da danışıb: "İkinci hissədə daha çox qol vurmaq şanslarımız oldu, ancaq istifadə edə bilmədik. Buna görə də uduzduq. "Barselona" və "Real" qol imkanlarından istifadə etdi, ancaq biz bacarmadıq".

P.Qvardiola bu oyundan nəticə çıxaracaqlarını bildirib: "Çox vaxt yaxşı oynayırıq, ancaq bu gün bizim günümüz deyildi. Bu  məğlubiyyətdən öyrənəcəklərmiz var. Hələ də təcrübəmiz azdır. Öz üzərimizdə işləyəcəyik. Çempionlar Liqası yüksək səviyyəli turnirdir. Bəzən burada da şansa ehtiyac olur".

Daha çox


Son xəbərlər