Millimizin oyunçusu Almaniyada qol vurdu

Millimizin oyunçusu Almaniyada qol vurdu
GÜNDƏM 26 Fevral 2017 / 20:05 4778
-  A +

Millimizin və “Ertsqebirge Aue” komandasının futbolçusu Dmitri Nazarov bu gün Almaniya ikinci bundesliqasında qol vurub.

Qol.az-ın xəbərinə görə, o, 22-ci turda Drezden “Dinamo”su ilə görüşdə fərqlənib. “Ertsqebirge Aue” bu matçda 1:4 hesabı ilə uduzub. Bütün 90 dəqiqəni meydanda olan Nazarov 60-cı dəqiqədə penaltidən komandasının yeganə qoluna imza atıb.

Qeyd edək ki, “Ertsqebirge Aue” 18 turdan sonra turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər