Ançelotti qeyri-etik jestinə görə cərimələndi

Ançelotti qeyri-etik jestinə görə cərimələndi
XƏBƏR 21 Fevral 2017 / 16:05 2486
-  A +

"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti Almaniya Futbol Federasiyası tərəfindən 5 min avro cərimə edilib

Qol.az-ın xəbərinə görə, 57 yaşlı çalışdırıcı “Herta” ilə oyundan sonra azarkeşə qeyri-etik jest etdiyi üçün bu cəriməyə məruz qalıb.

Qeyd edək ki, italiyalı mütəxəssis meydançanı tərk edib paltardəyişmə otağına gedərkən azarkeşlərə orta barmağını göstərib. Onun bu hərəkəti böyük ajiotaj yaradıb. Ançelotti bildirib ki, azarkeş ona tərəf tüpürdüyü üçün bu addımı atıb.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə