Azərbaycanlı futbolçu baş məşqçisi erməni olan klubda

Azərbaycanlı futbolçu baş məşqçisi erməni olan klubda
GÜNDƏM 18 Fevral 2017 / 15:55 6429
-  A +

Azərbaycan əsilli futbolçu Ayaz Quliyev karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, 20 yaşlı yarımmüdafiəçi “Anji” ilə amlaşıb. Moskva “Spartak”ının II komandasında çıxış edən Quliyevin Mahaçqala klubuna keçidi gün ərzində rəsmən açıqlanacaq.

2014-cü ildən “Spartak”da oynayan gənc futbolçu bu müddət ərzində 17 matça çıxıb.

Qeyd edək ki, “Anji”ni erməni məşqçi Aleksandr Qriqoryan çalışdırır.

Daha çox


Son xəbərlər