Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Almaniya millisində daha bir itki

Yazarlar
 80 ilin matçı - "Neftçi" erməniləri necə döydü?
Anar Şabanoğlu
 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
Aydın BAĞIROV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
 Bizimkilər qırılıb qurtarıb ki?!
Aqil Abbas
 “Neftçi” rəhbərliyinin büdcə yalanı
Tahir SÜLEYMANOV
 Futbolumuz 2016-da: qara və ağ siyahı
Anar BAYRAMOV
 Rəşad, səndən soruşacaqlar ki...
Asəf QULİYEV
 Bağırov stadiona necə ot əkdirdi...
Müsəllim HƏSƏNOV
 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
Etibar Cəbrayıloğlu
 Türklər idarə edir, bizimkilər müşahidə - Dənizli səfərində
gördüklərim
Erkin İBRAHİMOV
Fotoreportaj
Bütün 
Millimiz Almaniya ilə oyuna hazırlaşır - Şəkillər
Top 5
Türkiyə, İtaliya və İspaniyadan qələbə, Ukrayna uduzdu
Azərbaycan millisinin braziliyalıları
"Əgər Almaniyaya uduzmasaq..." - Prosineçki
Oyunlara harda baxaq? – TV-lərin siyahısı
24 klub birbaşa ÇL-in qrup mərhələsində - 2018/19 mövsümündən
Linklər
525ci Qəzet

Azərbaycanlı molokan
A A A

[02.02.2017]
Azərbaycanlı molokan

Fevralın 23-ü Anatoli Banişevskinin ad günüdür. Əvvəlki illərdə olduğu kimi, yenə 2-3 jurnalist, ölkənin futbol ictimaiyyətinin 10-15 təmsilçisi həmin gün ikinci Fəxri xiyabana yollanacaq, dahi futbolçunun məzarı başında ürək sözlərini söyləyəcək. Ənənəvi olaraq, kimi onu "Azərbaycanın futbol günəşi", bir başqası "Qol kralımız" adlandıracaq, dildən pərgar olan bir kimsə də deyəcək: "Banişevski kimi futbolçular yüz ildə bir yetişir". Eləcə guşənişin olmağı hər şeydən üstün tutan "obıvatel"lər isə xorla bildirəcəklər: "O, əsil bakılı idi, əsil azərbaycanlı idi və bütün ömrü boyu əsil bakılı, azərbaycanlı olaraq da qaldı"...

Geniş anlamda, bunların hamısı həm doğru, həm də şişirtmədir: Banişevskidən qabaq bizim dörd dəfə SSRİ çempionu adını qazanan, Azərbaycan futbolunun yetirmələri arasında ilk dəfə hamıdan qabaq Sovet İttifaqının yığma komandasında oynamağa dəvət alan, Milandakı məşhur "San-Siro" stadionunda İtaliya yığma komandasının qapıçısı Lorenso Buffonun qoruduğu qapıya – əfsanəvi "Milan" klubunun qapısına 25 dəqiqə ərzində 4 (dörd!) top vuran, "SSRİ-nin əməkdar idman ustası", "SSRİ-nin əməkdar məşqçisi" fəxri adlarına layiq görülən futbolçumuz vardı və elementar məntiqə görə, ən dəbdəbəli təriflər də onun ünvanına söylənməliydi. Lakin qəribə görünsə də, bizim üçün məhz həmin futbolçu deyil, 15 illik idmançı karyerası ərzində meydançanın rəqibə aid olan hissəsində "baş girləyən" və daim (!) həndəvərində iki "keşikçi" saxladan, eləcə buna görə minlərin ürəyindən tikan çıxaran sarışın "9 nömrə" Azərbaycan futbolunun ustalıq etalonuna dönüb. "Niyə"sinin sadə cavabı var: Banişevski futbolda nəyə nail ola bilibsə, hamısı gözümüzün önündə, BİZİM komandada baş verib; o, birinci dəstədə də BİZİM "Neftçi"ni təmsil eləyib, sovet futbolçuları arasında birinci olaraq "Marakana"da Braziliya yığma komandasının qapısına qol vuranda da! Və aydın məsələdir ki, belədə onun ünvanına "futbol günəşimiz", "qol kralımız", "yüz ildə bir yetişən yeganə futbolçu", "əsil bakılı, əsil azərbaycanlı" kimi təşbehlər işlədənlər qətiyyən səhv etmirlər!

Bununla belə, danılmaz bir həqiqət də var: Anatoli Banişevskinin uzun illər boyu nümayiş etdirdiyi oyundan yaranan təəssürat onun saysız-hesabsız pərəstişkarlarına o qədər valehedici təsir göstərmişdir ki, bu futbolçunun idman və idmandankənar həyatı ilə bağlı hər şey əsatir donuna bürünmüş, erkən cavanlıqdan tutmuş, futbolçu karyerasının qürub çağınadək yol verdiyi əyintilər, büdrəmələr, o cümlədən yaddaşlarda həmişəlik "9 nömrə" kimi qalacaq molokanın yaşıl meydançalarda çıxış etdiyi bütün dövr ərzində istisnasız olaraq MƏRKƏZ HÜCUMÇUSU mövqeyində oynamasına baxmayaraq, kifayət qədər yüksək məhsuldarlığa nail olmaması, indiki meyarlar baxımından yanaşsaq, ortabab dayaq yarımmüdafiəçi qədər (mən hələ milli çempionatlar səviyyəsində keçirdiyi 533 oyunda 193 dəfə fərqlənən hollandiyalı Ronald Kumanı – “anadangəlmə” MƏRKƏZ MÜDAFİƏÇİSİNİ demirəm!) top vurması da 60-cı illərin ortalarında bir göz qırpımında ucaldığı şöhrət Olimpindən onu endirə bilməmiş və elə bunun özü Banişevski mifinin əbədilik olaraq Banişevski həqiqətini üstələməsinə gətirib çıxarmışdır. Halbuki insan və futbolçu kimi Anatoli Banişevskinin həqiqi qiymətini verə bilmək üçün onu olduğu kimi, necə varsa eləcə tanımaq və tanıtmaq çox vacibdir. Özü də hansısa konyunktura xatirinə yox, FUTBOLUN özünün xətrinə!..

***

Anatoli Andreyeviç Banişevski Azərbaycanın futbol səmasında qəfildən peyda olan meteor idi: sürətlə axdı, parlaq işıq saçdı və özündən sonra dərin iz qoyaraq söndü. Özü də elə bir iz ki, onu nə insan yaddaşından, nə də futbol tarixindən silmək mümkün olacaqdır.

O, adi – öləri insan və qeyri-adi istedad idi. İnsan kimi sahibi olsa da, istedad kimi yiyəsiz idi. Bu mənada mən onun 90-cı illərin əvvəllərində dilə gətirdiyi "Kaş dünyaya 25 il gec gələydim – insan kimi yaşamaq, özünü azad hiss etmək, heç kəsdən çəkinmədən ürəyindən keçənlə məşğul olmaq üçün” - arzusuna haqq qazandırıram. Çünki XX əsrin 90-cı illərində 25 yaşlı Banişevskinin, məsələn, Milan "İnter"ində, “Yekədiş” Ronaldonun yerində oynamayacağına fələyin özü də yüz faiz əminliklə "yox!" – deyə bilməzdi yəqin. Öz dövründə isə bizim hamımız – o cümlədən Banişevski də – onun nadir istedadının qəsdinə durmuşduq və hər birimizdən daha çox onun özü həmin istedada qənim oldu...

***

... Bir anlığa göz önünə gətirin. 1991-ci ilin avqust ayının əvvəlləridir. SSR İttifaqını təşkil edən müttəfiq respublikaların hamısı kimi Azərbaycan da adının böyründəki “sovet sosialist” sözbirləşməsiylə artıq vidalaşıb; Rusiya Federasiyası SSR İttifaqı tərkibində suverenliyini elan edərək ümumxalq səsverməsi yoluyla özünün ilk prezidentini seçib; Baltikyanı respublikalar SSRİ-nin tərkibindən çıxdıqlarını bir ildən çoxdur ki, konstitusiyalarında təsbit eləyiblər; sovet dönəminin ən ünlü gürcü dissidenti, indi isə Gürcüstan dövlətinin prezidenti olan Zviad Qamsaxurdia Moskvanın təkidli çağırışlarına məhəl qoymayaraq SSRİ prezidenti ilə görüşə getməkdən inadla boyun qaçırır... Bütün bunlara baxmayaraq, İttifaq dövləti, onun bütün atributları hələ qalmaqdadır, təxminən 70 il mövcud olmuş imperiyanın cəmi-cümlətanı beş aydan sonra tarixin arxiv səhifəsində yaşamağa məhkum olunacağını proqnozlaşdırmaq da təbii ki, asan iş deyildir. Amma hər halda nəhəng imperiya məkanında cərəyan edən proseslər “sonun əvvəli”nə aşkar işarədir. Bax, elə bu günlərdə hələ cavan olan (cəmi 45 yaşı var!), lakin zahirən azı 60 yaşlı qocanı xatırladan Anatoli Andreyeviç Banişevski unudulmaz həmkarımız Adil Qaçayoğluna “Ülfət” qəzeti üçün müsahibə verir: “Mən siyasətbazlığı öz ləyaqətimdən aşağı sayıram, siyasətlə həqiqi mənada məşğul olmaq isə mənim imkanlarımdan xaricdir. Amma qanlı yanvar günlərində ürəyimdən bir hiss keçdi: “Bu çətin dövrdə hətta məni qovan da olsa, Bakıdan getməyəcəyəm”. Heç kəsə deməmişəm, indi sizə deyirəm: hətta bir gün Azərbaycan SSRİ-dən ayrılsa, mən yenə də bu respublikanın vətəndaşı olaraq qalacağam... Kiminsə xoşuna gəlmək üçün demirəm: mən Azərbaycanın çörəyi ilə böyümüşəm, elə xaraktercə də azərbaycanlıyam... Mən “Neftçi”ni ölkədə heç bir kluba, Bakını isə heç bir şəhərə dəyişməmişəm, dəyişmərəm də. Mən köklü bakılıyam: burada doğulmuşam, burada da öləcəyəm..."

***
“Dnepr”in qapısına vurduğu sonuncu qoldan sonra isə A.Banişevski Moskvada nəşr olunan və uzun illər ərzində keçmiş SSRİ məkanındakı qəzet köşklərində əl altından satılan “Futbol-Xokkey” həftəliyinin müxbirinə demişdi: "Dnepr"lə matçda yüzüncü topumu vurdum və "Neftçi" "Qriqori Fedotov klubu"na daxil oldu. Yox, mən səhv etmirəm: "Neftçi" deyiləndə həmişə öz doğma komandamızı nəzərdə tuturam. Mən bu komandada böyüyüb boya-başa çatmışam, onunla fəxri kürsüyə qalxmışam, onunla güclülər dəstəsini tərk etmişəm və yenə də bu dəstəyə qayıtmışam. Oynamağı qurtardıqdan sonra, əlbəttə ki, "Neftçi"nin qızğın pərəstişkarı olacağam".

Məşhur rus və sovet jurnalisti, həmin “Futbol-Xokkey” (“Futbol”) həftəliyinin redaktoru olmuş Lev Filatov da 80-ci illərin ortalarında yazırdı: "Banişevski bu günədək bakılıdır; nə Moskvayla, nə Kiyevlə, çempion olan heç bir klubla onu şirnikləndirə bilmədilər. O, yığma komandaya da Bakı meyarları ilə gəlirdi, hey təəssüflənirdi ki, doğma klubda olduğu kimi, Edik Markarovla bir yerdə oynamaq ona qismət olmur. Belədə nə deyəsən? Hər kəs ürəyinin hökmünə tabe olur. Gözəl bakılı hücumçular Ələkbər Məmmədov və Yuri Kuznetsov daha çox Moskva "Dinamo"sunda şan-şöhrətə yiyələndilər. Markarov da "Ararat"a keçdi və orada çempion oldu. Banişevski heç yana getmədi. Hökm verməyin mümkün olmadığı bir vəziyyətdir: klubuna və doğma şəhərinə tərifəlayiq sədaqətlilik göstərilir və güman etmək olar ki, istedad da buna qurban verilir. Hərçənd biz indi deyə bilmərik ki, Moskvada və ya Kiyevdə Banişevskinin taleyi necə olacaqdı? Yalnız mücərrəd şəkildə, bəxtəbəxt güman etmək olar ki, yaxşı olacaqdı. Hücumçu kimi. Bəs insan kimi?

...Bakı xeyli yaxşı ustalar yetişdirmişdir. Lakin təkcə Banişevski bütün qollarını özünün cavanlıq çağlarının klubunda oynayarkən vurmuşdur; o, üstüstə bütün bakılılardan daha çox öz şəhərini ölkənin yığma komandasında təmsil etmişdir".

Biz Ələkbər Məmmədovla haqlı olaraq fəxr edirik. Amma çox vaxt belə bir fakta da göz yumuruq ki, Ələkbər Əmiroviç futbolda bütün uğurlarını "Neftçi"dən kənarda qazanıb və məhz Azərbaycandan kənardakı nailiyyətlərinə görə futbol salnamələrinə düşüb. Kim deyə bilər ki, Banişevski də – bizimki olaraq qala-qala! – kənarda daha yüksək uğurlara sahib olmayacaq, Azərbaycan futbolunun adına daha artıq şöhrət qazandırmayacaqdı?! Axı təbiətən Banişevski Azərbaycanın hesabına şöhrət Olimpinə yüksələn və sonra da Azərbaycana arxa çevirən namərdlərdən deyildi. Və yəqin ki, o da elə Ələkbər müəllim kimi, dünyanı gəzib dolaşandan sonra yenə son sığınacağı-nı doğma Bakısında tapacaqdı!

Banişevski Azərbaycan futbolu üçün doğulmuşdu; ömrünü, sağlamlığını Azərbaycan futbolu naminə qurban vermişdi; sonucunu da Azərbaycan futboluna vəsiyyət etmişdi: “Başıma bir iş gəlsə, AFFA-ya xəbər verərsiniz” – demişdi!..

Və bu məqamda da Banişevski qanı qanımızdan, soyadı soyadımızdan olan neçə-neçə azərbaycanlıya İnsanlıq, Vətəndaşlıq dərsi vermişdi!..



***

Lev Filatovun “Hücumçular” kitabında (Moskva, 1986) dərc olunmuş Banişevski haqqında essedə qeyd edildiyi kimi, "İstedadlı hücumçunun çəlpəşik taleyi (...) təkcə onun özünə məxsus deyildir. Bu taleyə bəzək-düzək vurmağa da ehtiyac yoxdur. Yuxuya getməzdən qabaq futbol rəşa-dətləri göstərməyi arzulayan oğlan uşaqlarının isə bu tale barədə qısaca da olsa, xəbər tutması pis olmazdı".

Banişevski əfsanəsi və Banişevski həqiqəti haqqında “Banişevski olduğu kimi” adlı kitabımı mən də elə bu məqsədlə yazdım və 2002-ci ilin fevralında AFFA-nın dəstəyi ilə 1000 nüsxə tirajla nəşr etdirdim. (Yeri gəlmişkən, həmin kitabın 600 nüsxəsi bu gün də yaşadığım mənzilin daimi “sakini”dir...)

***

... Banişevskinin doğum günü... Sağ qalsaydı, bu il cəmi-cümlətanı 71 yaşını qeyd edərdi. Təəssüf ki, əfsanəvi "9 nömrə"miz indi təkcə qədirbilən insanların xatirələrində yaşayır. Eyni zamanda bu da bir təsəllidir ki, bizim bu günlərimizdə ədalətsiz zəmanənin ədalətsizliklərini görməməyə də dəyər: çoxdandı fikir verirəm ki, sovet futbolunun tarixindən ağızdolusu danışanlar heç yerdə, bircə kərə olsa da, Anatoli Banişevskinin adını çəkmirlər. Hərçənd... bunun da izahını tapıram: sovet futbolunu indi rus futbolu kimi təqdim edirlər, Banişevski isə heç vaxt rus futbolunda oynamamışdı. O, anadangəlmə Azərbaycan futbolçusuydu və Azərbaycan da birmənalı şəkildə etiraf etməlidir ki, bütün meyarlar baxımından XX ƏSRDƏ BU TORPAQDA YETİŞƏN ƏN BÖYÜK FUTBOLÇU ELƏ BANİŞEVSKİ OLUB.

Banış...

Banya...

Tolik...

Anatoli Andreyeviç...

Sadəcə, BANİŞEVSKİ!!!

İstedadın ərköyünlüyünün qurbanı olan dahi "9 nömrə"miz!..

Şakir YAQUBOV

3625 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 

 
 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
06.03.2017  13:42 Bakıdan... Tuluzayacan
30.11.2016  12:19 Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə qurtuldu...
 
 
 
  25.03.17
02:32
  Portuqaliya Macarıstanı, Bolqarıstan Hollandiyanı qəbul edir - Yenilənir
02:15
  İtaliya Albaniyanı üstələdi - Video
02:07
  Xorvatiya - Ukrayna matçında tək qol - Video
02:00
  Britaniyalıların qarşıdurmasında heç-heçə - Video
01:54
  İspaniyadan 4 qollu qələbə - Video
01:48
  Aqolli İtaliya ilə oyunda cəzalandı
01:44
  Türkiyə, İtaliya və İspaniyadan qələbə, Ukrayna uduzdu
01:29
  “Roma”nı Paulu Souza çalışdıracaq?
01:12
  Buffon 1000-ə çatdı
01:04
  “0:4 hesablı məğlubiyyəti unutmamışıq” - Levandovski
00:47
  “Argentina ilə oyunda məğlubiyyətə layiq deyildik”
00:22
  Rusiya öz meydanında uduzdu - Video
00:13
  Almaniya millisi Bakıda - Video
00:01
  “Qəbələ” və “Neftçi”nin futbolçuları məyus oldu
  24.03.17
23:11
  Serbiyadan qələbə - Video
22:59
  Cenk Tosun Türkiyəyə qələbə qazandırdı - Video
21:12
  "Mançester Siti" cərimələndi
20:27
  UEFA-dan "Tottenhem"in futbolçusuna cəza
19:28
  "Qrizmann "Atletiko"dan ayrıla bilər" - Simeone
18:01
  Özil məşqə çıxmadı
17:40
  UEFA-dan Abubakara sərt cəza
16:47
  Birinci divizionda hakim təyinatları açıqlandı
16:04
  Almaniya millisində daha bir itki
15:31
  Yığmamızdan qələbə
15:05
  "Zidan kimi kiməsə baş zərbəsi vuraraq karyeramı bitirə bilərəm" - Buffon
14:20
  Foqts yenidən Bakıda
14:01
  Etopaz-da 20 canlı oyun
13:26
  AFFA-dan hakimləri təhqir edən məşqçiyə ağır cəza
13:13
  AFFA "Zirə"ni cərimələdi
12:54
  Azərbaycan - Almaniya oyununda anşlaq
12:18
  Kolumbiyadan qələbə - Video
11:28
  Oyunlara harda baxaq? – TV-lərin siyahısı
10:58
  Braziliya Uruqvaya qalib gəldi - Video
10:15
  "Real"dan Mbappe açıqlaması
09:51
  Messi Argentinaya qələbə qazandırdı - Video
01:31
  Qapıçıların məharəti - Video
00:30
  Kamran Ağayevin son durumu açıqladı
00:14
  "Turan Tovuz"dan xal itkisi - Video
00:01
  Superliqa klubunda yeni baş məşqçi
  23.03.17
22:32
  Həftənin ən gözəl qol ötürmələri - Video
21:19
  UEFA "Barselona"nı cərimələdi
20:45
  Millimiz Almaniya ilə oyuna hazırlaşır - Şəkillər
20:18
  Həftənin ən gözəl qolları - Video
19:28
  "Monako" hücumçusuna 150 milyon avro qiymət qoydu
18:30
  PFL oyunların vaxtını açıqladı
17:50
  Birinci divizionda 21-ci tura yekun vuruldu
17:05
  "Olimpiakos"da yeni baş məşqçi
16:26
  "Lester"in futbolçusu "Barselona"nın hədəfində
15:35
  Azərbaycan millisinin braziliyalıları
15:00
  “Arsenal”dan Arda üçün 25 milyon funt sterlinq
14:37
  Etopaz-da 14 canlı oyun
13:50
  "Əgər Almaniyaya uduzmasaq..." - Prosineçki
13:04
  “Bakıda da qol buraxmadan qalib gələcəyimizə əminəm” - Yoahim Löv
12:48
  "Barselona"dan ayrılmayacam" - Arda Turan
12:12
  Pike cərimələndi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore