Bolqarıstan millisinin oyunçusu Azərbaycanda oynaya bilər

Bolqarıstan millisinin oyunçusu Azərbaycanda oynaya bilər
GÜNDƏM 23 Yanvar 2017 / 11:34 4664
-  A +

Bolqarıstan millisinin və "Nefteximik" klubunun futbolçusu Ventsislav Xristov Azərbaycanda oynaya bilər.

Qol.az-ın "24 çasa" nəşrinə istinadən yaydığı xəbərə görə, Azərbaycan klubundan biri 28 yaşlı hücumçuya təklif göndərilib.

Həmin klubun hücumçu axtarışında olan "Neftçi" və ya "Qəbələ" ola biləcəyi istisna edilmir.

Qeyd edək ki, "Nefteximik" V.Xristova 80 min avro qiymət qoyub.

Xatırladaq ki, Bolqarıstan millisinin futbolçusu V. Xristov 2014-cü il sentyabrın 9-da Bakıda millimizə qarşı keçirdikləri Avro-2016-nın seçmə mərhələsində komandasının qələbə qolunu (2:1) vurub.

Daha çox


Son xəbərlər