Maradona “Napoli”yə qayıdır

Maradona “Napoli”yə qayıdır
GÜNDƏM 16 Yanvar 2017 / 13:56 3175
-  A +

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona məşqçilik karyerasını bərpa edir.

Qol.az-ın xəbərinə görə,  o, bir vaxtlar futbolçu kimi çıxış etdiyi  “Napoli”nin  baş məşqçisi olacaq.

Bu barədə Maradona özü İtaliya mətbuatına açıqlama verib:  “Napolilərlə aramda ata-oğul münasibəti var. 30 illik fasilədən sonra Napoliyə ilk dəfə gəldiyim günün həyəcanını hiss edirəm. Bu klubu çalışdırmaq dünyada istədiyim ən önəmli şeydir. Məqsədim komandanı toparlayaraq, "Yuventus", "Milan", "İnter" və "Roma" kimi klublarla başabaş mübarizə aparmaqdı".

Qeyd edək ki, D.Maradona 1984-1991-ci illərdə "Napoli"də çıxış edib. Beş ildir işsiz olan 56 yaşlı Maradona son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunu çalışdırıb.

Daha çox


Son xəbərlər