Azərbaycan millisinin və Türkiyənin “Trabzsonpor” klubunun hücumçusu Ramil Şeydayev müsahibəsi
- “Trabzonspor”da oynamaq şansı qazanmırsınız. Bunun səbəbi nədir?
- Oynayıb-oynamamağımla bağlı qərar baş məşqçiyə aiddir. Niyə heyətə salmır, səbəbini bilmirəm. Bu sualı ona versəniz, yaxşı olar.
- Son günlərdə adınız Türkiyənin “Samsunspor” və Çexiyanın “Yablonets” klubları ilə hallanır…
- Bu məlumatlar doğru deyil. Çünki mənə nə “Samsunspor”dan, nə də “Yablonets”dən təklif gəlib. Siz də görürsünüz ki, “Trabzonspor”da məşq edirəm. Komandamla birlikdəyəm. Nə olacağınız da görəcəyik.
- Ərsun Yanalla münasibətləriniz necədir? Hazırda çətin vəziyyətdə olan “Trabzonspor”a kömək edəcək durumdasınız. Amma o, sizə güvənmir…
- Ərsun Yanalla münasibətlərimdə heç bir problem yoxdur. Onunla yaxşı münasibətim var. Yanal bizim məşqçimizdir və heyəti o müəyyənləşdirir. Kimi meydana buraxmasına da hörmətlə yanaşmaq lazımdır. Mən burda öz şansımız gözləyirəm.
- “Neftçi” sizi transfer etmək istəsə də, bu keçid baş tutmadı. Danışıqlarda razılığa gəlmədiniz?
- Məsələ odur ki, mən Avropada qalmaq istəyirəm. Buna görə də Avropa klubları ilə danışıqlar aparıram. Nə baş verəcəyini siz də görəcəksiniz…
Mənbə: qafqazinfo.az
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"