"Real"dan tarixi rekord - 40 oyundur uduzmur

"Real"dan tarixi rekord -  40 oyundur uduzmur
GÜNDƏM 13 Yanvar 2017 / 02:45 6036
-  A +

İspaniyanın “Real” klubunun məğlubedilməz oyunlar seriyası davam edir.

Qol.az-ın xəbərinə görə, Madird təmsilçisi İspaniya kubokunun 1/8 final mərhələsinin “Sevilya” ilə cavab oyununda 3:3 hesablı bərabərliklə  uğurlu seriyanı 40-a çatdırıb.

Bununla da “Kral klubu” əzəli rəqibi olan “Barselona”nın  2015/16 mövsümündə İspaniya futbolu tarixində müəyyənləşdirdiyi rekordu (39 oyun) yeniləyib. “Real” son 40 oyunun 30-da qalib gəlib, 10-da heç-heçə edib.

Zinəddin Zidanın komandası son dəfə 2016-cı ilin aprelin  6-da Çempionlar Liqasının 1/4 final  mərhələsində səfərdə “Volfsburq”a uduzub (0:2).

Daha çox


Son xəbərlər